11 mart 2012 13:01
Starkov da getdi
Dünən «Bakı» futbol klubunun prezidenti Hafiz Məmmədov və baş məşqçi Aleksandr Starkov arasında görüş keçirilib. Azerisport.az xəbər verir ki, geniş mövzuların müzakirə olunduğu toplantının nəticəsi kimi mühim qərar qəbul olunub. “Bakı” futbol klubu ilə Aleksandr Starkov arasında əldə olunan qarşılıqlı razılıq əsasında latviyalı mütəxəssisisin müqaviləsinə xitam verilb.
Aleksandr Starkov bu barədə fikirlərini klubun saytına açıqlayıb: “Bu asan qərar deyildi, ancaq klubun və komandanın mənafeyi üçün bu addımı atdım. Komandaya gələcəkdə iştirak etdiyi yarışlarda uğurlar arzulayıram”.
"Bakı" futbol klubunun baş meneceri Zeynal Məmmədov da məsələyə münasibət bildirib: “Biz “Bakı” futbol klubu olaraq, Aleksandr Starkova klubumuz üçün gördüyü işlərə görə ona minnətdarlığımızı bildiririk və gələcək karyerasında uğurlar arzulayırıq".
Aleksandr Starkov 2011-ci ilin yanvar ayında "Bakı" futbol klubunun baş məşqçisi təyin olunmuşdu. Hazırda baş məşqçi vəzifəsinin icrası müvəqqəti olaraq komandanın məşqçisi Novruz Əzimova tapşırılıb.
