11 mart 2012 13:28
Simurq yeni baş məşqçisini açıqladı
Zaqatalanın "Simurq" klubunun yeni baş məşqçisi müəyyənləşib. Azerisport.az xəbər verir ki, komandanı bundan sonra Georgi Çixradze çalışdıracaq.
Gürcüstanlı mütəxəssis bu postda bir neçə gün öncə istefaya göndərilən Sergey Yuranı əvəzləyib. Onunla 1,5 illik müqavilə imzalanması gözlənilir.
Qeyd edək ki, Çixradze indiyədək Bakı "İnter"ində Kaxaber Sxadadzenin köməkçisi vəzifəsində çalışırdı.
