11 mart 2012 13:37
XL Ağdamda məğlub olacaq
Azerisport.az daha bir sorğusuna yekun vurub. “Sizcə, Premyer Liqanın 23-cü turunun “Qarabağ” – “Xəzər Lənkəran” matçı necə başa çatacaq” sualı ilə müraciət etdiyimiz oxucuların yekun rəyini təqdim edirik.
Beləliklə, sorğuda iştirak edənlərin böyük əksəriyyəti bu matçda “Qarabağ”ın qalib gələcəyini proqnozlaşdırır. Respondentlərin 52 faizi (140 səs) məhz bu varianta səs verib.
“Xəzər Lənkəran”ın qələbə qazanacağını düşünənlər 39 (105) faizdi. Yerdə qalan 10 faiz (26) isə heç-heçə olacağını düşünür.
