11 mart 2012 13:51
Qəbələ Neftçi ilə matçın keçirilmə yerini dəyişdirdi
Futbol üzrə Azərbaycan Premyer Liqasının 23-cü turunun "Qəbələ" - "Neftçi" oyununun keçirilmə yeri dəyişdirilib. Azerisport.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Məlumatda bildirilir ki, komandalar öncədən qeyd olunduğu kimi Qəbələ şəhər stadionunda deyil, Böyük Əmili qəsəbə stadionunda qarşılaşacaqlar.
Premyer Liqa
23-cü tur
11 mart (bazar)
Qəbələ - Neftçi
Qəbələ şəhər, Böyük Əmili qəsəbə stadionu. Saat 14:00.
