11 mart 2012 01:53
Fatih Kavlak: Neftçi üçün bizimlə oyun asan olmayacaq
“Qəbələ”nin baş məşqçisi Fatih Kavlak Premyer Liqanın 23-cü turunun “Neftçi” ilə oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində Qəbələ klubunun türkiyəli çalışdırıcısı bunları dilə gətirib:
“Premyer Liqanın son turunun “Kəpəz”lə oyunundakı məğlubiyyət bizə pis təsir etdi. Amma indi altılıq oyunları başlayır. Burda mübarizə aparan hər bir komandanın uğur qazanmaq şansı var. “Neftçi”yə gəlincə, bu komanda son ölkə çempionudu. Onlar hazırda da turnir cədvəlinə başçılıq edirlər. Buna görə də matç çox çətin olacaq. Amma hər şeyə rəğmən, mən komandamdan yaxşı oyun və uğurlu nəticə gözləyirəm. Hər halda “Neftçi” üçün də bu səfər oyunu asan olmayacaq”.
