11 mart 2012 02:35
Cüneyt Biçər: Həmişə Qarabağa simpatiyam olub
“Xəzər Lənkəran”ın baş məşqçisi Cüneyt Biçər Premyer Liqanın 23-cü turunun “Qarabağ”la oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində Lənkəran klubunun türkiyəli çalışdırıcısı bunları dilə gətirib:
“Mənim həmişə “Qarabağ”a simpatiyam olub. Bu komanda yığmanın ən güclü futbolçularından qurulub. Lakin mənim komandam da meydana daim qələbə üçün çıxır. Biz bilirik ki, bu səfər matçı çox çətin olacaq. Lakin öz oyunumuzu göstərsək, arzuladığımız nəticəyə nail ola bilərik. Altılıqda asan oyun olmur. Biz hər şeyə hazır olmalıyıq”.
