11 mart 2012 16:47
Böyükağa Hacıyev: Belə nəticəni gözləyirdim
“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev Premyer Liqanın 23-cü turunun “Qəbələ” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı komandasının 1:4 hesabıyla məğlub olduğu görüşdən sonra bunları dilə gətirib:
“Uğurlu oyunlar seriyasından sonra belə nəticəni gözləyirdim, lakin belə hesabla yox. İlk hissədə “Qəbələ” əsl əzmkarlıq göstərdi, bizdən daha üstün oynadı. “Qəbələ” gözəl oyunu ilə “Neftçi”yə 4:1 hesabı ilə qalib gəldi. Çalışacağıq ki, bu məğlubiyyətdən nəticə çıxaraq”.
