11 mart 2012 16:52
“Növbəti qolları vurunca daha rahat oynadıq”
“Qəbələ”nin baş məşqçisi Fatih Kavlak Premyer Liqanın 23-cü turunun “Neftçi” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Qəbələ klubunun türkiyəli çalışdırıcısı komandasının 4:1 hesabıyla qələbə qazandığı görüşdən sonra bunları dilə gətirib:
“Neftçi”yə qarşıdakı oyunlarda uğurlar arzulayıram. Final mərhələsinə uğurlu başladıq. Komandamı qələbə münasibəti ilə təbrik edirəm. Baxımlı oyunun şahidi olduq. İlk hissədə 2 qol vurduq, ikinci hissədə isə rəqib üstünlüyü ələ keçirdi, hücumları artırdı. Növbəti qolları vurunca daha rahat oynadıq”.
