11 mart 2012 16:56
Rafiq Mirzəyev: Turan gözəl oyun nümayiş etdirdi
AZAL-ın baş məşqçisi Rafiq Mirzəyev Premyer Liqanın 23-cü turunun “Turan”la oyununu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı komandasının 0:3 hesabıyla məğlub olduğu görüşdən sonra bunları dilə gətirib:
“Turan” komandasını qələbə münasibətilə təbrik edirəm. Rəqibimiz gözəl oyun nümayiş etdirdi. Gələcək oyunlarda da uğurlar arzu edirəm”.
