11 mart 2012 16:58
“Bu üç xal bizim üçün çox vacib idi”
“Turan”ın baş məşqçisi Əsgər Abdullayev Premyer Liqanın 23-cü turunun AZAL-la oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Tovuz klubunun çalışdırıcısı komandasının 3:0 hesabıyla qələbə qazandığı görüşdən sonra bunları dilə gətirib:
“Qalib gəldiyimizə görə şadam. 3:0 hesabı ilə qazandıq, bu üç xal bizim üçün çox vacib idi. Gələcək oyunlarda da bu cür oyunumuzu davam etdirməyə çalışacağıq”.
