11 mart 2012 17:02
Muğan Karvana, Bakılı MOİK-ə uduzdu
Futbol üzrə Azərbaycan birinci divizionunda 20-ci turun oyunlarına yekun vurulub. Azerisport.az xəbər verir ki, son oyun günündə iki qarşılaşma baş tutub.
"Bakılı" MOİK-lə ev oyununda minimal hesablı məğlubiyyətlə üzləşib. "Karvan" isə "Muğan"ı məğlub yola salıb.
Qeyd edək ki, 20-ci turun digər oyunları şənbə günü keçirilmişdi.
Birinci divizion
20-ci tur
11 mart (bazar)
Bakılı – MOİK – 0:1
Qol: Rafael Qəvami, 45.
Hakimlər: Anar Niyazov, Aleksandr Musatkin, Samir Hacıyev, Vurğun Talıbov
Bakı. "Şəfa" stadionu, 4-cü meydança.
Karvan – Muğan – 2:0
Qollar: Orxan Rəcəbov, 55, Kənan Kərimov, 80.
Hakimlər: Ramiz Məhərrəmov, Balabəy Ağayev, Rasim Əhmədov, Anar Fərəcov
Yevlax. Şəhər stadionu.
N
O
Q
H
M
T-F
X
