11 mart 2012 17:09
“Bizim üçün vacib olan qələbə idi, onu da qazandıq”
“Rəvan”ın baş məşqçisi Bəhmən Həsənov Premyer Liqanın 23-cü turunun “Sumqayıt”la oyununu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı komandasının 1:0 hesabıyla qələbə qazandığı görüşdən sonra bunları dilə gətirib:
“Bizim üçün vacib olan qələbə idi. Onu da qazandıq. Ağır oyun oldu. “Sumqayıt”la oyunumuz həmişə çətin məcrada keçib. Rəqibimizin əksər futbolçuları gənc olsa da, gözəl oyun nümayiş etdirdilər. Hər iki komandanın qol vurmaq üçün imkanları oldu. Amma əsas olan üç xalı qazanmaq idi. Bizim bir sıra çatışmayan cəhətlərimiz var və gələcəkdə bunları aradan qaldırmağa çalışacağıq. “Sumqayıt”a gələcək oyunlarda uğurlar arzulayıram”.
