11 mart 2012 17:13
“Qol imkanlarımız olsa da, yararlana bilmədik”
“Sumqayıt”ın baş məşqçisi Bernard Raab Premyer Liqanın 23-cü turunun “Rəvan”la oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Sumqayıt klubunun çalışdırıcısı komandasının 0:1 hesabıyla məğlub olduğu görüşdən sonra bunları dilə gətirib:
“Rəvan” üstün oyun nümayiş etdirdi. Bizim qol imkanlarımız olsa da, yararlana bilmədik. İkinci hissədə daha çox şanslarımız oldu, penaltidən də istifadə edə bilmədik. Rəqib komandanı üç xal qazanması münasibətilə təbrik edirəm”.
