11 mart 2012 17:57
Qurban Qurbanov: Bu cür davam etmək istəyirik
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 23-cü turunun “Xəzər Lənkəran”la oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı komandasının 1:0 hesabıyla qələbə qazandığı görüşdən sonra bunları dilə gətirib:
“Altılığın ilk oyununda çempionluğa əsas namizədlərdən olan “Xəzər Lənkəran” ilə qarşılaşdıq. Doğma azarkeşlər önündə sürətli, baxımlı futbol nümayiş etdirdik. Oyunçularım bu oyuna yüksək əhval-ruhiyyədə çıxmışdı. Gələcək oyunlarda da bu cür davam etmək istəyirik”.
