11 mart 2012 18:19
“Acınacaqlı vəziyyətdə qapımızda qol gördük”
“Kəpəz”in baş məşqçisi Fuad İsmayılov Premyer Liqanın 23-cü turunun “Simurq” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Gəncə klubunun çalışdırıcısı komandasının 1:1 hesablı heç-heçəyə nail olduğu görüşdən sonra bunları dilə gətirib:
“Oyunun çətin olacağını bilirdik. Bir həftə öncə Gəncədə Simurqa qalib gəlmişdik. Acınacaqlı vəziyyətdə qapımızda qol gördük. Ceyhun Sultanov oyuna daxil olduqdan sonra hesabı bərabərləşdirə bildik”.
