11 mart 2012 18:27
“Qalib gəlmək istəyirdik”
“Simurq”un məşqçisi İqor Getman Premyer Liqanın 23-cü turunun “Kəpəz”lə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Zaqatala klubunun çalışdırıcısı komandasının 1:1 hesablı heç-heçəyə nail olduğu görüşdən sonra bunları dilə gətirib:
“Oyun maraqlı keçdik. Qalib gəlmək istəyirdik. Hesabı açan tərəf olsaq da, üstünlüyümüzü qoruya bilmədik. Bir neçə qol imkanımız olsa da, istifadə edə bilmədik. Rəqib məşqçi ilə razıyam. Bir xal aktivimizə yazdıq”.
