11 mart 2012 19:07
Neftçi azarkeşləri Qəbələdə xəstəxanalıq oldular
Qəbələdə keçirilən Premyer Liqanın 23-cü turunun “Qəbələ” – “Neftçi” oyununda polislə azarkeşlər arasında münaqişə yaranıb. Azerisport.az xəbər verir ki, matç 4:1 olandan sonra polislər qonaq fanatları stadiondan çıxarmağa başlayıb.
Bu zaman polislə azarkeşlər arasında qarşıdurma yaranıb. “Dubinka”larla silahlanmış qanun keşikçiləri fanatları vurmağa başlayıb. Nəticədə 7-8 “Neftçi” fanatı ağır xəsarət alıb. Onlar xəstəxayana müraciət etməli olublar. Bundan başqa onlarla azarkeş müxtəlif dərəcəli bədən xəsarəti alıb.
