11 mart 2012 19:12
“Bu vəziyyətdə komandanı oyuna kökləmək çətin idi”
“Bakı”nın məşqçisi Novruz Əzimov Premyer Liqanın 23-cü turunun “İnter”lə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı komandasının 0:1 hesabıyla məğlub olduğu görüşdən sonra bunları dilə gətirib:
"Futbolçularım bu oyunda verdiyim tapşırıqları yerinə yetirmədilər. Məhz buna görə də məğlub olduq. Starkovun istefası bugünkü oyuna təsir göstərdi. Bu vəziyyətdə komandanı oyuna kökləmək çətin idi. O, yaxşı məşqçi idi. Düşünürəm ki, Starkovun "Bakı"dakı işləri alınmadı. Kaxaber Tsxadadzedən fərqli olaraq, Starkov Azərbaycan futboluna uyğunlaşa bilmədi. Mən də ona gələcək işlərində uğurlar arzulayıram".
