11 mart 2012 19:19
Neftçi rəhbərliyi Qəbələdəki qalmaqala münasibət bildirdi
“Neftçi” rəhbərliyi Premyer Liqanın 23-cü turunun “Qəbələ” ilə oyunundan sonra baş verən qalmaqala münasibətini açıqlayıb. Azerisport.az saytına müsahibəsində paytaxt klubunun vitse-prezidenti Tahir Süleymanov bunları dilə gətirib:
“Xəsarət alan azarkeşlərin hamısına tibbi yardım göstərildi və onlar artıq buraxılıblar. Bəzilərinin ciddi problemləri olsa da, qərar verildi ki, onların da müalicəsi Bakıda davam etdirilsin. Münaqişəyə gəlincə, baş verənlər bir daha göstərdi ki, “Qəbələ”nin ehtiyat stadionunda təhlükəsizlik o qədər də yüksək səviyyədə deyil. Bununla bağlı müvafiq qurumlara müraciət ünvanlayacağıq”.