12 mart 2012 00:04

İddialılardan fərqli altılıq startı

Futbol üzrə Azərbaycan Premyer Liqasında final – altılıq mərhələsinin ilk turunun oyunları keçirildi. Azerisport.az xəbər verir ki, 23-cü turun bütün oyunları eyni gündə baş tutdu.
 
Turnir cədvəlinin lideri “Neftçi” altılığa böyük hesablı məğlubiyyətlə başladı. “Qəbələ”nin qonağı olan son çempion 1:4 hesabı ilə yenildi. “Qəbələ”nin heyətində Dodo və Yannik Kamanan hər ikisi dubla imza atmaqla, paytaxt klubuna qənim kəsildilər. Bahodir Nasimovun qolu isə sadəcə onun özünün bombardirlər yarışında fərqi bir qədər də artırmasına xidmət edib. Bu qələbə sayəsində “Qəbələ” altılığın son pilləsini “Bakı”ya təhvil verərək, bir qədər irəliləyib.
 
Təxminən bir həftə öncə - mayın 3-də qarşılaşan “Bakı” və “İnter” bu tur yenidən üz-üzə gəldi. Həmin qarşılaşmada olduğu kimi, bu dəfə də matç “Bakı”nın bazasında keçirildi və yenə eyni hesabla başa çatdı – 1:0. Lakin bu dəfə gülən tərəf “Bakı” yox, “İnter” oldu. “Bankirlər”ə qələbə gətirən qola 34-cü dəqiqədə İbrahima Niasse imza atdı. Maraqlıdı ki, bu futbolçu bundan əvvəlki “Rəvan”la 19-cu turun təxirə salınmış matçında da komandasına 3 xal qazandıran şəxs olmuşdu. Bir sözlə, hücum xəttində problemləri olan “bankirlər”i hazırda məhz Niasse qələbələrə daşıyır. 63-cü dəqiqədə “İnter”dən Asif Məmmədov meydandan qovulsa da, “Bakı” say üstünlüyündən istifadə edə, bərabərlik qolunu vura bilmədi. Nəticədə, “İnter” həm “Bakı”ya son yenilginin, həm də ilk dövrədəki qalmaqalın qisasını qismən də olsa, almış oldu.
 
Turun mərkəzi görüşündə isə “Qarabağ” Quzanlıda “Xəzər Lənkəran”ı qəbul etdi. Medallara iddialı komandaların duelinin nəticəsini bir qol müəyyənləşdirdi. Georgi Adamiya 69-cu dəqiqədə vurduğu yeganə qolla “Qarabağ”a iddialı rəqibi üzərində qələbə qazandırdı. Beləcə, ağdamlılar bu mövsüm ilk dəfə əsas və prinsipial rəqibi üzərində qələbə qazandı. Xatırladaq ki, ilk iki oyundan birini cənublular qazanmış (1:0), digərində isə qolsuz sülh qeydə alınmışdı. “Qarabağ”ın bu qələbəsi isə üçüncü yer uğrunda mübarizə aparan klubların xallarının bərabərləşməsinə şərait yaratdı.
 
Ötən tur “Sumqayıt”ı 6:3 hesabı ilə udan AZAL bu dəfə özü darmadağına məruz qaldı. “Turan”ın qonağı olan “təyyarəçilər” meydanı 0:3 hesablı məğlubiyyətlə tərk etdilər. Özü də iki qolu AZAL-ın özü futbolçuları vurdular. Belə ki, hesabı “Turan”dan Muammer Erdoğdu açdısa, Emin Ağaməmmədli və Aydın İslamov avtoqol müəllifi oldular. Yeri gəlmişkən, artıq Premyer Liqada heç bir hədəfi qalmayan AZAL-ın bu oyuna əsas heyətlə çıxmamışdı. Görünür, paytaxt klubu əsas gücünü kubok oyunlarına saxlayır.
 
“Sumqayıt”ın qonağı olan “Rəvan” isə çətin qələbə qazandı. 37-ci dəqiqədə “Rəvan”dan Miloş Zeçeviç, 66-cı dəqiqədə isə “Sumqayıt”dan Emin Mustafayev penaltidən yararlana bilmədi. Lakin “Rəvan” qələbə qolunu vurmağı bacardı. 90-cı dəqiqədə Miloş Zeçeviç fərqləndi. Bu qələbə sayəsində paytaxt klubu AZAL-ın xal itkisindən maksimum yararlanaraq, aradakı xal fərqini minimuma endirdi.
 
Son iki turda qələbə qazanan “Kəpəz” “Simurq”un qonağı oldu. Hesabı 18-ci dəqiqədə meydan sahiblərindən Vidas Alunderis açsa da, fasilə ərəfəsində “Kəpəz” Nikolay Svejentsevlə tarazlığı bərpa etdi. 61-ci dəqiqədə “Simurq”dan Vasili Yanotovski və “Kəpəz”dən Ceyhun Sultanov meydandan qovulsa da, komandalardan heç biri qol vura bilmədi və görüş 1:1 hesabı ilə yekunlaşdı.
 
Premyer Liqa
Final Mərhələsi
23-cü tur
11 mart
 
Qəbələ – Neftçi 4:1
Qollar: Dodo, 18; 27. Yannik Kamanan, 78; 83 – Bahodir Nasimov, 66.
Qəbələ: 12. Pavel Doroşev, 4. Mahir Şükürov (k), 6. Lyuba Baranin, 8. Bruno da Silva, 9. Viktor Mendi, 11. Yannik Kamanan (21. Elmar Baxşıyev, 85), 18. Aleksandr Çertoqanov, 20. Stiv Olfers, 26. Daniel Lopez Kruz (15. Nodar Məmmədov, 62), 34. Ürfan Abbasov, 77. Luiz Paulo Hillario Dodo (16. Abdulkader Kamara, 90+1).
Ehtiyat oyunçular: 30. Qrem Smit,  17. Arif İsayev, 22. Murad Hüseynov, 33. Saşa Yunisoğlu.
Baş məşqçi: Fatih Kavlak.
Neftçi: 1. Rauf Mehdiyev, 2. Rail Məlikov (k), 5. İqor Mitreski, 6. Slavço Georgievski (19. Mirhüseyn Seyidov, 60), 9. Flavinyo, 14. Bahodir Nasimov, 15. Ruslan Abışov, 18. Ruslan Əmircanov, 25. Cavid İmamverdiyev, 27. Rəşad Abdullayev, 32. Elvin Yunuszadə (11. Cavid Hüseynov, 76).
Ehtiyat oyunçular: 30. Saşa Stamenkoviç, 3. Denis Silva, 16. Alessandro Viana da Silva, 22. Fərid Quliyev, 28. Emin Mehdiyev.
Baş məşqçi: Böyükağa Hacıyev.
Sarı vərəqələr: Luiz Paulo Hilario, 45+2 (qeyri-idman hərəkəti) – Slavko Georgievski, 48 (qeyri-idman hərəkəti).
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Munis Abdullayev, Vüsal Əliyev.
AFFA nümayəndəsi: Oqtay Abdullayev.
Hakim-inspektor: Gülağa Cabarov.
Qəbələ şəhər, Böyük Əmili qəsəbə stadionu. Saat 14.00.
 
Turan – AZAL 3:0
Qollar: Muammer Erdoğdu, 10. Emin Ağaməmmədli, 16 (avtoqol). Aydın İslamov, 48 (avtoqol).
Turan: 1. Anar Nəzirov (k), 4. Seymur Tağıyev, 5. Ayxan Abbasov (9. Xəyal Qarayev, 56), 7. Fərmayıl Əliyev, 11. Georgi Beriaşvili (10. Nadir Nəbiyev, 53), 14. Aleksandr Qoqoberişvili, 20. Azər Məmmədov (8. Asəf Qədiri, 46), 21. Rəşad Orucov, 24. Dan Pisla, 25. Muammer Erdoğdu, 32. Cavid Tağıyev.
Ehtiyat oyunçular: 12. Natiq Səhrətov, 27. Orxan İsmayılov, 29. Seidu Salifu, 33. Rəşid Həsənov.
Baş məşqçi: Əsgər Abdullayev.
AZAL: 1. Amil Ağacanov  (k), 7. Tərlan Xəlilov (24. Şahin Zeynalov, 59), 9. Elşən Məmmədov, 25. Tural Nərimanov, 13. Şəhriyar Rəhimov, 19. Hüseyn Axundov, 14. Orxan Səfiyaroğlu, 22. Elgün Abbaslı, 20. Emin Ağaməmmədli (18. Elmin Çobanov, 46), 88. Aydın İslamov, 81. Rasif Səfiyarov (4. Elvin Cəbrayıllı, 46).
Ehtiyat oyunçular: 96. Həsən Ağacanlı, 5. Aqil Nəbiyev.
Baş məşqçi: Rafiq Mirzəyev.
Sarı vərəqə: Azər Məmmədov, 42 (qeyri-idman hərəkəti).
Hakimlər: Fuad Həsənov, Vaqif Musayev, İlham Əliyev, Fariz Yusifov.
AFFA nümayəndəsi: Vaqif Məmmədov.
Hakim-inspektor: Fazil Mürşüdov.
Tovuz şəhər stadionu. Saat 14.00.
 
Sumqayıt – Rəvan 0:1
Qol: Miloş Zeçeviç, 90.
İstifadə olunmamış penaltilər: Emin Mustafayev, 66 – Miloş Zeçeviç, 37.
Sumqayıt: 55. Andrey Popoviç, 3. Tərlan Quliyev, 16. Hacı Əhmədov, 22. Ruslan Tağızadə (11. Kamil Nurəhmədov, 90+3), 52. Bədavi Hüseynov, 4. Samir Abbasov (k), 27. Ramil Haşımzadə (9. Orxan Həsənov, 64), 7. Mahmud Qurbanov, 8. Emin Mustafayev (10. Eşqin Quliyev, 76), 76. Uğur Pamuk, 91. Ruslan Qurbanov.
Ehtiyat oyunçular: 12. Sahil Kərimov, 50. Samir Abdulov, 19. Orxan Əliyev, 47. Abdulla Abatsıyev.
Baş məşqçi: Bernhard Raab.
Rəvan: 12. Davud Kərimi, 3. Miloş Zeçeviç (k), 4. Ekrem Hodziç, 6. Taqim Novruzov, 7. Elvin Musazadə (17. Ramazan Abbasov, 46), 8. Tural Axundov, 9. Vüsal Qarayev (15. Tural Cəlilov, 50), 10. Nemanya Vidakoviç, 11. Şerif Suma, 18. Samuel Barlay, 20. Kristian Torres (5. Natiq Kərimi, 86).
Ehtiyat oyunçular: 99. Murad Qənbərov, 13. Fərid Həşimzadə, 14. Sergey Artyux, 24. Hüseyn İsgəndərov.
Baş məşqçi: Bəhmən Həsənov.
Sarı vərəqələr: Bədavi Hüseynov, 61 (düşünmədən ayaqla zərbə) – Şerif Suma, 24 (qeyri-idman hərəkəti).
Hakimlər: Rauf Cabbarov, Coşqun Həsənov, Mübariz Haşımov, Ramil Əhmədov.
AFFA nümayəndəsi: Adil Nadirov.
Hakim-inspektor: Asif Namazov.
“Şəfa” stadionu. Saat 14.00.
 
Qarabağ – Xəzər Lənkəran 1:0
Qol: Georgi Adamiya, 68.
Qarabağ: 99. Boyan Pavloviç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 7. Namiq Yusifov (k), 14. Rəşad Sadıqov, 17. Vüqar Nadirov (4. Zaur Həşimov, 90+2), 19. Muarem Muarem, 22. Əfran İsmayılov (9. Bəxtiyar Soltanov, 86), 24. Admir Teli, 25. Ansi Aqolli, 77. Georgi Adamiya (6. Rəşad Sadiqov, 76).
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 10. Emin İmaməliyev, 20. Nderim Nedzipi, 44. Eltun Yaqublu.
Baş məşqçi: Qurban Qurbanov.
Xəzər Lənkəran: 85. Kamal Bayramov, 3. Elvin Beqiri, 6. Roberto Alviz (10. Elnur Abdullayev, 71), 7. Katalin Doman, 8. Eder Bonfim (15. Sadio Tounkara, 80), 9. Branimir Subaşiç, 11. Andrey Mureşan, 14. Rahid Əmirquliyev (k), 16. Adrian Pit (30. Rendal Brenes, 62), 21. Radomir Todorov, 33. Stevan Bates.
Ehtiyat oyunçular: 25. Orxan Sadıqlı, 12. Ballo Salif,  18. Alim Qurbanov, 81. Rikardo Qomes.
Baş məşqçi: Cüneyt Biçər.
Sarı vərəqələr: Ansi Aqolli, 9 (qeyri-idman hərəkəti) – Adrian Pit, 60 (qeyri-idman hərəkəti). Andrey Mureşan, 66 (qeyri-idman hərəkəti).
Hakimlər: Elçin Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, İnqilab Məmmədov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Hakim-inspektor: Məhəmməd Məmmədov.
Quzanlı qəsəbə stadionu. Saat 15.00.
 
Bakı – İnter 0:1
Qol: İbrahima Niasse, 34.
Bakı: 1. Marko Şarliya, 2. Duje Bakoviç, 3. Denis İvanovs, 7. Deyvidas Çesnauskis, 10. Lukas Mario Horvat, 15. Cəmşid Məhərrəmov (k), 19. Nurlan Novruzov, 21. Novruz Məmmədov, 22. Tural Qürbətov (99. Rəhman Hacıyev, 46), 24. Nenad Kovaçoviç (6. İbrahim Karqbo, 81), 77. Aleksandar Soliç.
Ehtiyat oyunçular: 16. Aqil Məmmədov, 23. Xalidu Sissoko, 20. Elşad Manafov, 25. Şəhriyar Əliyev.
Məşqçi: Novruz Əzimov.
İnter: 1. Georgi Lomaya, 4. Valeri Abramidze, 11. Asif Məmmədov, 13. Bronislav Çervenka, 14. Peter Zlatinov (8. Nizami Hacıyev, 58), 15. Vladimir Levin (k), 18. İlia Kandelaki, 21. Arif Daşdəmirov, 25. İbrahima Niasse, 28. Baçana Tsxadadze (6. Samir Zərgərov, 69), 30. Danildo Assioli.
Ehtiyat oyunçular: 90. Səlahət Ağayev, 2. Xəyal Mustafayev, 20. Girts Karlsons, 22. Peter Çrappan, 29. Əziz Quliyev.
Baş məşqçi: Kaxaber Tsxadadze.
Sarı vərəqələr: Nenad Kovaçeviç, 77 (qeyri-idman hərəkəti). Nurlan Novruzov, 88 (simulyasiya) – Asif Məmmədov, 62 (fitdən sonra topa zərbə); 63 (sürüşmə fəndindən düzgün istifadə etmədiyinə görə).
Qırmızı vərəqə: Asif Məmmədov, 63 (sürüşmə fəndindən düzgün istifadə etmədiyinə görə).
Hakimlər: Anar Salmanov, Azər Əsgərov, Zeynal Zeynalov, Rəhim Həsənov.
AFFA nümayəndəsi: Maşallah Əhmədov.
Hakim-inspektor: Xaqani Məmmədov.
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu. Saat 16.00.
 
Simurq – Kəpəz 1:1
Qollar: Vidas Alunderis, 18 – Nikolay Svejentsev, 45+2.
Simurq: 32. Dmitri Kramarenko (k), 79. Vidas Alunderis, 28. Rüstəm Abbasov, 2. İlkin Qırtımov (10. Tofiq Mikayılov, 55), 13. Aleksandr Şemonayev, 4. Vasili Yanotovski, 29. İqor Tarasov, 21. Emin Cəfərquliyev (5. Rəşad Eyubov, 89), 7. Ruslan Poladov, 77. Daniel Genov, 19. Anatoli Doroş (23. Ruhid Usubov, 85).
Ehtiyat oyunçular: 1. Fuad Əhmədov, 17. Rüstəm Məmmədov, 15. Nicat Qurbanov, 8. Qərib İbrahimov.
Məşqçi: İqor Getman.
Kəpəz: 22. Tural Abbaszadə, 5. Əli İsmayılov, 15. Şahin Kərimov, 4. Azər Məmmədov (k), 25. İvan Arabacı, 18. Nikolay Svejentsev, 8. Armand Feutçine, 11. Sabir Allahquliyev, 27. Pərvin Paşayev (10. Ceyhun Sultanov, 43), 2. Nail Məmmədov (17. Renat Sultanov, 60), 30. Yuri Fomenko (23. Junivan Suares, 87).
Ehtiyat oyunçular: 1. Xəyal Zeynalov, 9. Ceyhun Əhmədov, 14. Dmitri Parxaçov, 19. Zaur Əsədov.
Baş məşqçi: Fuad İsmayılov.
Sarı vərəqələr: Rüstəm Abbasov, 49 (qeyri-idman hərəkəti). İqor Tarasov, 58 (qeyri-idman hərəkəti). Daniel Genov, 87 (qeyri-idman hərəkəti) – İvan Arabadcı, 40 (qeyri-idman hərəkəti). Sabir Allahquliyev, 55 (qeyri-idman hərəkəti).
Qırmızı vərəqələr: Vasili Yanotovski, 61 (bilərəkdən rəqibi ayaqla vurduğuna görə) – Ceyhun Sultanov, 61 (bilərəkdən rəqibi ayaqla vurduğuna görə).
 Hakimlər: Elvin Əsgərov, Yaşar Abbasov, İsgəndər Əliyev, Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Rauf Əmirov.
Hakim-inspektor: Səfər Haşımov.
Zaqatala şəhər stadionu. Saat 16.00.
 
Komanda
O
Q
H
M
T
X
Neftçi
23
16
1
6
46-21
49
İnter
23
14
6
3
22-10
48
XL
23
13
5
5
33-20
44
Qarabağ
23
13
5
5
28-14
44
Qəbələ
23
11
5
7
31-24
38
Bakı
23
10
5
8
27-23
35
AZAL
23
8
5
10
35-38
29
Rəvan
23
7
7
9
24-29
28
Kəpəz
23
6
5
12
27-29
23
Simurq
23
5
5
13
19-35
20
Sumqayıt
23
4
3
16
16-38
15
Turan
23
4
2
17
16-33
14
 
Bombardirlər:
14- Bahodir Nasimov (Neftçi)
10 - Tales Şütz (AZAL)
9 - Flavinyo (Neftçi), Zohair Benuahi (AZAL)
8 - Robertas Poşkus (Simurq)
 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.