12 mart 2012 13:00

Hafiz Məmmədov: Super transferlərimiz olacaq

Azerisport.az sizi AFFA İcraiyyə Komitəsinin üzvü, “Bakı” Futbol Klubunun prezidenti Hafiz Məmmədovun müsahibəsi ilə tanış edir.
 
- İlk növbədə, sizi AFFA-nın İcraiyyə Komitəsinə yenidən üzv seçilməyiniz münasibətilə təbrik edirik…
- Təbrik üçün çox sağ olun. Növbəti dəfə AFFA-nın prezidenti seçilməsi münasibətilə Rövnəq Abdullayevi təbrik edirəm. Onun işgüzarlığına bələdəm və fəaliyyətində uğurlar arzulayıram. Futbol zaman tələb edən sahədir. Bu gün həyata keçirilən işlərin nəticəsini qısa zaman ərzində görə bilmərik. Futbolu inkişaf etdirmək üçün müəyyən qədər zamana ehtiyac var. Aşağı yaş qrupları üzrə yarışlarda mübarizə aparan gənc oyunçular yaxın gələcəkdə milli komandamızın üzvləri olacaqlar. Hamımız birlikdə çalışmalıyıq ki, Azərbaycan futbolunu inkişaf etdirək. U-17 qadınlararası dünya çempionatının ölkəmizdə keçirilməsi ondan xəbər verir ki, Azərbaycan hər sahədə olduğu kimi, futbolda da təşkilatçılıq xüsusiyyətlərini yüksək səviyyədə göstərəcək.
 
- 2011-ci ildə “Bakı”nın çıxışını necə dəyərləndirirsiniz?
- Əgər komanda yüksək nəticə qazanmayıbsa, deməli, il bizim üçün uğursuz keçib. Ancaq digər sahələrdəki uğurları qeyd etməliyəm. Ötən mövsüm U-15 və U-17 komandamız AFFA-nın təşkil etdiyi çempionatda çempion oldu. Uşaq futbolunda böyük nəticələr qazandıq. Ən böyük uğurlarımızdan biri isə «Bakı»  FK ilə yanaşı, «Bakı» voleybol komandasının və «Bakı» İdman klubunun yaradılmasıdır. Yaxın gələcəkdə klubumuzun nəzdində cüdo, boks, güləş və sair idman növləri üzrə bölmələr yaradılacaq.
 
- “Bakı” cari mövsümdə Premyer Liqanın final mərhələsinə vəsiqə əldə etsə də, çempionluq şansı o qədər də yüksək deyil…
- Komandamız ötən il olduğu kimi, bu mövsüm də ilk «altılıq»a çətin vəsiqə qazandı. Komandanın nəticələri məni heç qane etmir.
 
- Rəhbərlik etdiyiniz klub qış transfer dövründə 4 futbolçunu komandaya cəlb etdi. Yeni transferlərin oyununu necə qiymətləndirirsiniz?
- Onların oyunlarını izləmişəm. Səviyyəli futbolçulardır. Ancaq nədənsə hələ öz oyunlarını tam nümayiş etdirə bilmirlər. Bunu da təbii qarşılamaq lazımdır. Yeni futbolçuların komandaya uyğunlaşması üçün bir qədər zamana ehtiyac var. Ümumilikdə, komandanın oyunu mane qane etmir.
 
- “Böyük “Bakı”–2012” layihəsi çərçivəsində görülən işlərlə bağlı nə deyə bilərsiniz?
- Bildiyiniz kimi, layihəyə əsasən əsas komandamız avrokuboklarda qrup mərhələsində mübarizə aparmalı, kubun təlim-məşq bazası istifadəyə verilməli və aşağı yaş qrupu üzrə komandaları formalaşdırılmalı idi. Əsas komandanı çıxmaq şərtilə, digər işləri yüksək qiymətləndirirəm. Respublika Prezidenti cənab İlham Əliyevin iştirakı ilə klubumuzun müasir standartlara cavab verən təlim-məşq bazasının açılışı oldu. Bundan əlavə, klubumuzun nəzdində akademiya fəaliyyətə başladı. Hansı ki, həmin akademiyada 400-dən artıq yeniyetmə futbolun sirlərini öyrənir. 10 komandamız ölkədaxili çempionatlarda iştirak edir. Bir sözlə, əsas komandanın çıxışını nəzərə almasaq, «Böyük «Bakı»-2012» layihəsi 90 faiz uğurla həyata keçirilib.
 
- Bildiyimiz qədər, təlim-məşq bazasında əlavə meydançaların da tikilməsi nəzərdə tutulub…
- Bəli, bazada daha 5 meydança salınacaq. Birinin üstü qapalı olacaq. Əsas komandanın oyunlarını keçirdiyi meydançanın ətrafı tribunalarla örtüləcək və tamaşaçı tutumu bir qədər də artırılacaq. Layihəyə əsasən, 3 və ya 4 ulduzlu 150-200 nəfərlik otel tikiləcək. Voleybola da böyük əhəmiyyət veririk. Azərbaycan Voleybol Federasiyasının binası da orada olacaq. «Bakı» İdman klubu olaraq digər idman növləri üçün də yüksək səviyyəli infrastruktur qurulmalıdır. Bütün bu işlərin U-17 qadınlararası dünya çempionatının startınadək başa çatdırılması planlaşdırılır. Ola bilər ki, qapalı meydança bir qədər gec təhvil verilsin.
 
-  «Bakı», adətən, etdiyi transferlərlə diqqət çəkir. Növbəti transfer dövründə yenə adlı-sanlı futbolçuların heyətə cəlb edilməsi planlaşdırılırmı?
- Əlbəttə, nəticədən çox şey asılıdır. Nəticəmiz yaxşı olsa, super transferlərimiz olacaq. Amma yüksək nəticə qazanmasaq belə, «Bakı» həmişə iddialı klub olub və olacaq. Heyəti gücləndirmək istiqamətində fəaliyyətimizi davam etdirəcəyik. (AFFA)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.