12 mart 2012 13:41

Qarabağın qapıçısı öz məşqçisini izləyir

Premyer Liqanın 23-cü turunda da qapısını toxunulmaz saxlayan “Qarabağ” klubu mövsümün özünə aid olan rekordunu 9-a çatdırdı. Azerisport.az xəbər verir ki, Qurban Qurbanovun yetirmələri ardıcıl 9 çempionat oyunudu ki, qapısından qol buraxmır.
 
“Xəzər Lənkəran”ı 1:0 hesabı ilə məğlub edən “Qarabağ”ın qapıçısı Boyan Pavloviç bu matçdan sonra öz quru seriyasını 812 dəqiqəyə çatdırıb. Serbiyalı qapıçı sonuncu dəfə 2011-ci il noyabrın 26-da 14-cü turun “Neftçi”ylə görüşündə 1:2 hesabı ilə uduzduqda, 88-ci dəqiqədə fərqlənən Flavinyonun zərbəsi qarşısında aciz qalmışdı. Bununla da, o, milli çempionatlar tarixinin ən uzun quru seriyaları siyahısında 7-ci pilləyə yüksəlib.
 
Maraqlıdı ki, Pavloviçdən öndə qərarlaşan Elxan Həsənov hazırda “Qarabağ”ın qapıçılarla işləyən məşqçisi, yəni Boyanın çalışdırıcısıdı.
 
Azərbaycan çempionatının ən uzun quru seriyaları
 1. Nizami Sadıqov (“Turan”) – 1106 dəqiqə
 2. Xalidu Sissoko (Seneqal, “Bakı”) – 985
 3. Xalidu Sissoko (Seneqal, “Bakı”) – 971
 4. Camaləddin Əliyev (“Qarabağ”) – 958
 5. Pavel Doroşev (Latviya, “Qəbələ”) – 952
 6. Elxan Həsənov (“Neftçi”) – 943
 7. Boyan Pavloviç (Serbiya, “Qarabağ”) - 812
 8. Dmitri Kramarenko (“Karvan”) – 798
 9. Dmitri Kramarenko (“Neftçi”) – 772
 10. Rauf Mehdiyev (“Olimpik”) – 746
 11. Elşən Poladov (“Bakı”) – 744
 12. Nadir Şükürov (“Dinamo”) – 741
 13. Aleksandr Martyoşkin (Belarus, “Xəzər Lənkəran”) – 735
 14. Kamran Ağayev (“Xəzər Lənkəran”) – 720
 15. Camaləddin Əliyev (“Qarabağ”) – 700
 16. Rauf Mehdiyev (“Olimpik”) – 676

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.