12 mart 2012 02:01
Yunis Hüseynovdan Bakı açıqlaması
“Karvan”ın sabiq baş məşqçisi Yunis Hüseynov “Bakı”nın sükanı arxasına keçəcəyinə dair informasiyalara münasibətini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Jurnalistlər hər dəfə məni müxtəlif komandalara “göndərirlər”. Əgər kimsə istefa verirsə, dərhal yazırlar ki, həmin klubu Hüseynov çalışdıracaq. Mənim “Bakı” – “İnter” matçını izləməyim təsadüfi idi. Sizi əmin edirəm ki, “Bakı”dan heç bir təklif almamışam”.