12 mart 2012 14:02
Azərbaycan yığması Moldova ilə qarşılaşacaq
Martın 16-da və 18-də, AFFA Futbol Mərkəzindəki “Dalğa Arena”da 17 yaşadək qızlardan ibarət Azərbaycan və Moldova yığma komandaları arasında yoldaşlıq oyunu keçiriləcək. Azerisport.az xəbər verir ki, ilk oyun saat 14:00-da, martın 18-də keçiriləcək qarşılaşma isə saat 13:00-da başlayacaq.
Qeyd edək ki, bu barədə məlumatı bir müddət öncə Moldova mətbuatına istinadən yaymışdıq. Lakin onlar konkret vaxt və məkan barədə məlumat verməmişdilər. AFFA isə bu haqda rəsmi məlumatı yalnız bu gün açıqlayıb.
