12 mart 2012 14:38

“Azarkeşlərə güc tətbiqinin əleyhinəyəm”

"Qəbələ”nin yarımmüdafiəçisi Aleksandr Çertoqanov Premyer Liqanın 23-cü turunun “Neftçi” ilə oyunundan (4:1) sonra azerisport.az saytının suallarını cavablandırıb.
 
- “Neftçi” ilə oyunu necə dəyərləndirərdiz?
- Biz yaxşı oynadıq, ələ düşən imkanlardan yararlana bildik. Oyuna ilk dəqiqələrdən çox ciddi yanaşdıq. “Neftçi” güclü komandadı. Amma buna baxmayaraq, biz onlar üzərində layiqli qələbə qazana bildik.
 
- Yəqin ki, darmadağınla qələbə qazanacağınızı gözləmirdiniz...
- Ola bilsin ki, bu, bir qədər gözlənilməz oldu. Hesab 2:1 olarkən “Neftçi” bütün gücüylə hücuma atıldı, hesabı bərabərləşdirmək istəyirdi. Belə olan halda daha iki qol vurmağı bacardıq.
 
- Siz də bu oyunda qol ötürməsi verdiniz. Hətta son dəqiqələrə kimi pressinq tətbiq edirdiniz...
- Hələ güc var, pressinq edirəm (gülür). Qol ötürməsinə gəlincə, topu Dodoya uğurlu şəkildə göndərə bildim. Nəticədə də o, fərqləndi.
 
- Son dəqiqələrdə azarkeşlərlə polislər arasında dava düşdü ki, nəticədə onlardan bəziləri xəstəxanalıq oldular...
- Təbii ki, xoşagəlməz olaylardı. Azarkeş həmişə azarkeşdi. Fikrimcə, onları vurmaq yox, başa salmaq lazımdı. Şəxsən mən güc tətbiqinin əleyhinəyəm. Özü də çox güman ki, onların arasında yaşlı azarkeşlər də olur. Əlbəttə, tribunada belə halların yaşanması pis təsir edir.
 
- Buna görə sərt cəza gözləmirsiz?
- Düşünmürəm ki, buna görə nəsə cəza olsun. Yəqin klubu müəyyən məbləğdə cərimələyərlər. Orda azarkeşlərin günahı yox idi. Bütövlükdə, polislər azarkeşləri döyürdü.
 
- Turnir cədvəlində siz “Qarabağ” və “Xəzər Lənkəran”dan altı xal geri qalmaq şərtilə beşinci yerdə gedirsiz. Medallar uğrunda mübarizədə şanslarınızın az olması belə deməyə əsas verir ki, siz də bütün diqqətinizi ölkə kubokuna yönəltmisiz?
- Bizim üçün ölkə kubokunda və çempionatda mübarizə aparmağın fərqi yoxdu. Hər iki cəbhədə meydana ancaq qələbə qazanmaq üçün çıxırıq. Rəhbərlik də qarşımıza hansısa tapşırıq qoymayıb ki, kubokda daha çox güc sərf etməliyik, çempionatda az və ya əksinə. Hamımız hər şeyi başa düşürük. “Qarabağ” güclü komandadı. Uşaqlar 4-5 ildi bir yerdə çıxış etdikləri üçün bir-birini yaxşı başa düşürlər. Çempionatın əvvəlində onlarda hər şey yaxşı alınmırdı. Amma indi yaxşı formadadılar. Odu ki, bizə çətin olacaq. Lakin hər şey oyuna yaxşı hazırlaşmaqdan, köklənmədən asılıdı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.