12 mart 2012 16:30
Ramin Musayev: Hamı başa düşməlidi ki, azarkeşi vurmaq olmaz
Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Premyer Liqanın 23-cü turunun “Qəbələ” – “Neftçi” matçından sonra bir qrup azarkeşin polislər tərəfindən döyülməsinə münasibətini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Neftçi” rəhbərliyi bu məsələni araşdırmaq üçün bizə müraciət ünvanlayıb. Biz də öz növbəmizdə Qəbələу icra hakimiyyətindən xahiş etmişik ki, bu işi ətraflı araşdırsınlar. Hər halda bu, klubun səlahiyyətlərində olan iş deyil. Hamı başa düşməlidi ki, azarkeşi vurmaq olmaz. Ümid edirəm ki, bir daha belə hallar təkrarlanmayacaq”.