12 mart 2012 16:48
Ölkə kuboku: 1/4 final oyunlarının vaxtı açıqlandı
Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin ilk oyunlarının başlama vaxtı və yeri açıqlanıb. Azerisport.az xəbər verir ki, qarşılaşmalar martın 14-də əyalətlərdə start götürəcək və paytaxtda yekunlaşacaq.
Azərbaycan kuboku
1/4 final
14 mart (çərşənbə)
14:00. “Qəbələ” – “Qarabağ” (Ağdam)
Qəbələ, Böyük Əmili qəsəbə stadionu.
14:00. “Kəpəz” (Gəncə) – “Neftçi” (Bakı)
Gəncə. Şəhər stadionu.
15:00. “Bakı” – AZAL (Bakı)
“Bakı” klubunun təlim-məşq bazasının stadionu.
16:00. “İnter” (Bakı) – “Xəzər Lənkəran”
Bakı. “Şəfa” stadionu.
Qeyd edək ki, cavab görüşləri martın 28-də keçiriləcək.
