12 mart 2012 17:42
Rəvan 3 xalı 4 qolla qazandı
Premyer Liqada çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan Azərbaycan çempionatında final mərhələsinin ilk turunun (23-cü tur) oyunlarına yekun vurulub. Azerisport.az xəbər verir ki, son oyun günündə bir görüş baş tutub.
Turun qapanış matçında "Rəvan"la "Simurq" üz-üzə gəlib. Meydan sahibləri 4 cavabsız qolla 3 xala sahib çıxıblar.
Qeyd edək ki, turun əksər görüşləri şənbə günü keçirilmişdi.
Əvəzedicilərin çempionatı
23-cü tur
12 mart (bazar ertəsi)
Rəvan – Simurq – 4:0
Qollar: Amid Hüseynov, 34; 52, Natiq Kərimi, 68, Nail Səfərov, 90+3.
Hakimlər: Venera Kahriç, Maya Nəbiyeva, Müslüm Mövludov, Elxan Müslümov.
Bakı. "Şəfa" stadionu, 4-cü meydança.
N
O
Q
H
M
T-F
X
