12 mart 2012 11:58

Qızlar festivalı (FOTOREPORTAJ)

Azərbaycanda qadın futbolunun inkişafı çərçivəsində gerçəkləşəcək silsilə layihələrdən biri “Live Your Goals” (“Öz Məqsədini Yaşat”) proqramının təqdimatı və qarşıdan gələn FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-yə həsr olunmuş futbol festivalı keçirilib. Azerisport.az xəbər verir ki, AFFA Futbol Mərkəzindəki «Dalğa Arena»da təşkil olunmuş tədbirdə müxtəlif təşkilatların, dövlət qurumlarının, futbol ictimaiyyətinin və Kütləvi İnformasiya Vasitələrinin 200 nəfərə yaxın nümayəndəsi iştirak edib. Jurnalistlər üçün təşkil olunmuş mətbuat konfransında qarşıdan gələn dünya çempionatı çərçivəsində qadın futbolunun inkişafı layihələri haqda məlumat verilib və qadın futbolu üzrə səfir Steffi Cons, 17 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Sissi Rayt və AFFA-nın baş katibi Elxan Məmmədov sualları cavablandırıblar.
 
Futbol festivalında çıxış edən AFFA-nın baş katibi Elxan Məmmədov qızların futbola həvəsinin artmasının sevindirici olduğunu və soyuq hava şəraiti ucbatından festivalın planlaşdırıldığı kimi baş tutmamasına təəssüfləndiyini bildirib. Azərbaycanda ilk dəfə səfərdə olan Steffi Cons bu tədbirdə iştirak etdiyi üçün məmnunluğunu dilə gətirib. Çıxışlardan sonra Steffi Cons, millət vəkilləri Rauf Əliyev və Sevda Həsənova, Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts tərəfindən FIFA-nın qadın liqalarına əvvəlcədən hədiyyə verdiyi idman ləvazimatı rəmzi şəkildə 11 oyunçuya təqdim edilib.
 
Steffi Cons və FIFA-nın Qadın Futbolu üzrə Təlimatçısı Vera Pauv festivalda iştirak edən qızlarla görüş keçirib, qadın futbolu ilə bağlı müxtəlif sualları cavablandırıblar.
Müğənni Çingiz Mustafayev Azərbaycanda ilk dəfə keçirilən Qızlar Futbol Festivalının iştirkaçılarını ifa etdiyi mahnılarla əyləndirib. Çempionatın rəsmi talismanı və U-17 qızlar yığmamızın üzvləri də tədbirdə iştirak edib.
Növbəti festivalın aprelin sonlarında Zaqatala rayonunda keçirilməsi nəzərdə tutulub. (AFFA)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.