12 mart 2012 12:07
Azərbaycanlı hakim-inspektor Portuqaliyanın oyununda
Beynəlxalq dərəcəli hakim-inspektor Murad Məmmədov UEFA tərəfindən yeni təyinat alıb. Azerisport.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
Məlumatda bildirilir ki, futzal üzrə dünya çempionatının final mərhələsinə vəsiqə uğrunda martın 26-da, Minsk şəhərində keçiriləcək Belarus – Potuqaliya pley-off oyununun hakim-inspektoru Murad Məmmədov olacaq.
