12 mart 2012 12:43
Azərbaycan millisinin üzvü Almaniyada qələbəyə sevindi
21 yaşadək futbolçulardan ibarət milli komandamızın üzvü Ali Gökdemir Almaniyada növbəti oyununu keçirib. Azerisport.az xəbər verir ki, futbolçumuz “Hannover-96”nın ikinci komandasının heyətində meydana çıxıb.
Regilonal Liqada çıxış edən “Hannover-96 II” 21-ci turda “Energie Cottbus”la qarşılaşıb. Oyun futbolçumuzun komandasının qələbəsi ilə yekunlaşıb – 1:0.
Ali Gökdemir meydana start heyətində çıxıb. Futbolçumuz 74-cü dəqiqədə Büşler tərəfindən əvəzlənib.
