13 mart 2012 01:35

27-ci darmadağın, 21-ci dubl

Futbol üzrə Azərbaycan Premyer Liqasının 23-cü turunun “Neftçi” ilə ev oyunu “Qəbələ” üçün rekordlar və seriyalarla zəngin olub. Azerisport.az xəbər verir ki, son ölkə çempionunu 4:1 hesabı ilə məğlub edən komanda ardıcıl 2-ci dəfə Azərbaycanın ən köklü komandasına qalib gəlib.
 
- “Qəbələ” “Neftçi” ilə oyunlar tarixində ilk dəfə ardıcıl  qələbə qazanır.
- “Qəbələ” “Neftçi” ilə oyunlar tarixində final mərhələsində uduzmamaqda davam edir. 2009/10 mövsümündə komanda 1 qələbə qazanıb, 1 heç-heçə etmişdi. “Altılıq” oyunlarında bakılılar qələbəyə həsrətdir.
- 4-cü dəfə “Neftçi”ni məğlub edən “Qəbələ” ilk dəfə böyük hesabla qalib gəldi.
- “Qəbələ” ilk dəfə “Neftçi”nin qapısına 2-dən artıq – 4 qol vurdu.
- Ümumilikdə komanda tarixində 27-ci dəfə böyük hesabla qalib gəldi. Bunların 3-ü cari mövsüm qeydə alınıb: 2-si çempionat, 1-i kubokda.
- Bunların 11-i birinci dəstə, 4-ü ölkə kubokuna təsadüf edibsə Premyer Liqada 12-ci dəfə 3 və ya daha çox top fərqilə qələbə əldə olunub. XXII turdakı böyükhesablı qələbənin (4:0) səfərdə əldə olunduğunu nəzərə alsaq evdəki son belə nəticə 329 gün əvvəl təsadüf olunub. Həmin vaxt “Simurq”la oyunda ən azı 3 top fərqilə qalib gəlmişdi. 
- “Qəbələ” 16-cı dəfə öz meydanında böyük hesabla qalib gəlib. Bunların 7-si birinci dəstə, 2-si kuboka təsadüf etmişdisə 7-ci dəfə Premyer Liqa qonaqlar məğlub edildi.
- Premyer Liqadakı 12 böyükhesablı qələbənin 7-si Ramiz Məmmədov, 3-ü Toni Adams, 2-si Fatih Kavlakın baş məşqçiliyi dövrünə təsadüf edib.
- “Qəbələ” 2008-cı ilin avqustundakı nailiyyətini təkrarlayıb 8 gün fasilə ilə 2 böyükhesablı qələbə qazandı.
- “Neftçi” “Qəbələ”nin böyük hesabla məğlub etdiyi 18-ci komanda oldu. MOİK ilə “Muğan”ın hərəsini 3, “Şərur”, “Gənclərbirliyi-2”, “Energetik”, “Şahdağ” (Quba) və “Simurq”un hərəsini 2 dəfə məğlub edən Qəbələ futbolçuları digər 11 rəqibi 1 dəfə ağır məğlubiyyətə məruz qoyublar.
- “Qəbələ”nin bütün böyük hesablı qələbələri
2005/06 21.09.2005 Birinci divizion Göy-Göl (Xanlar) - Şərur (Bakı) 8:0
2005/06 15.10.2005 Azərbaycan kuboku MOİK (Bakı) - Göy-Göl (Xanlar) 0:4
2005/06 16.11.2005 Birinci divizion Göy-Göl (Xanlar) - Gənclərbirliyi-2 (Sum) 4:1
2005/06 07.12.2005 Birinci divizion Energetik (Mingəçevir) - Göy-Göl (Xanlar) 0:3
2005/06 15.02.2006 Birinci divizion Şərur (Bakı) - Gilan (Xanlar) 0:3
2005/06 22.02.2006 Birinci divizion Gilan (Xanlar) - Rote Fahne (Tovuz) 4:1
2005/06 08.03.2006 Birinci divizion Gilan (Xanlar) - Viləş (Masallı) 3:0
2005/06 22.03.2006 Birinci divizion Gilan (Xanlar) - Ədliyyə (Bakı) 4:0
2005/06 19.04.2006 Birinci divizion Gənclərbirliyi-2 (Sum) - Gilan (Xanlar) 1:4
2005/06 10.05.2006 Birinci divizion Gilan (Xanlar) - Energetik (Mingəçevir) 6:0
2005/06 17.05.2006 Birinci divizion Yeni Yevlax - Gilan (Xanlar) 0:3
2005/06 24.05.2006 Birinci divizion Gilan (Xanlar) - Şahdağ-2 (Qusar) 4:0
2006/07 12.09.2006 Azərbaycan kuboku Şahdağ (Quba) - Gilan (Qəbələ) 2:5
2006/07 16.10.2006 Azərbaycan kuboku Gilan (Qəbələ) - Şahdağ (Quba) 6:0
2007/08 11.11.2007 Premyer Liqa Gənclərbirliyi (Sumqayıt) - Qəbələ 0:6
2008/09 09.08.2008 Premyer Liqa Qəbələ - Muğan (Salyan) 4:1
2008/09 17.08.2008 Premyer Liqa MOİK (Bakı) - Qəbələ 0:3
2008/09 05.10.2008 Premyer Liqa Qəbələ - Bakılı 3:0
2008/09 14.02.2009 Premyer Liqa Muğan (Salyan) - Qəbələ 0:4
2008/09 22.03.2009 Premyer Liqa Qəbələ - Karvan (Yevlax) 3:0
2009/10 07.11.2009 Premyer Liqa Qəbələ - Muğan (Salyan) 3:0
2010/11 27.11.2010 Premyer Liqa Qəbələ - Simurq (Zaqatala) 4:0
2010/11 04.12.2010 Premyer Liqa MOİK (Bakı) - Qəbələ 0:3
2010/11 17.04.2011 Premyer Liqa Qəbələ - Simurq (Zaqatala) 3:0
2011/12 30.11.2011 Azərbaycan kuboku Qəbələ - Neftçala 3:0
2011/12 03.03.2012 Premyer Liqa Rəvan (Bakı) - Qəbələ 0:4
2011/12 11.03.2012 Premyer Liqa Qəbələ - Neftçi (Bakı) 4:1
 
- “Neftçi” ilə oyunda “Qəbələ”nin 2 futbolçusu dubla imza atdı. Luiz Hilario və Yannik Kamanan hərəyə 2 qol vurdu. Bu matçadək klub tarixində 19 dubl var idisə, Hilario 20-ci, Kamanan 21-ci uğurun müəllifi oldu.
- İlk dəfə buna nail olan Hilario klub tarixində dubl etmiş sayca 15-ci futbolçu oldu.
- Kamanan isə Kənan Kərimovun 2008/09 mövsümündəki rekordunu təkrarlayıb Premyer Liqadakı 1 çempionatda 2-ci dublunu rəsmiləşdirdi.
- Ümumilikdə Kənan hamıdan çox – 4, Rövşən Əhmədov, Vüsal Qarayev isə Kamanan kimi hərəyə 2 dubl müəllifi olublar.
- Bu 21 dubldan 4-ü birinci dəstə, 4-ü ölkə kubokuna təsadüf edibsə, Premyer Liqada 13 belə hal yaşanıb. Kənan və Yannik Premyer Liqada hamıdan çox – 2 dubl müəllifi olublar.
 
- “Qəbələ”nin bütün dublları
2005/06, I dəstə
Rövşən Əhmədov – 2, İbrahim Hüseynov, Qədir İlyasov – hərəyə - 1
2006/07, güclülər dəstəsi
Vüsal Qarayev - 1
2006/07, kubok
Vüsal Qarayev – 1
2007/08, güclülər dəstəsi
Bokunqu Ncioli Fiston, Vitali Balamestnı – hərəyə 1
2008/09, Premyer Liqa
Kənan Kərimov - 2
2008/09, kubok
Kənan Kərimov - 2
2009/10, Premyer Liqa
İqor Melnik, Kristian Torres, Tomaş Stolpa - hərəyə 1
2010/11, Premyer Liqa
Deon Barton – 1
2011/12, Premyer Liqa
Yannik Kamanan – 2, Luiz Hilario - 1
2011/12, kubok
Serge Cehua - 1
- Kamananın matçda vurduğu son qol “Qəbələ”nin Premyer Liqadakı ev matçların 90-cı, ümumilikdə isə evdə vurulan 160-cı qol oldu.
- Ardıcıl 3 oyundur meydanı qolsuz tərk etməyən fransalı hücumçu bu qarşılaşmalarda 5 qol vurub. 
- “Qəbələ” isə ardıcıl 5 oyundur meydanı qolsuz tərk etmir. Bununla da komanda özünün Premyer Liqa tarixindəki rekordu olan 2009/10 mövsümündəki 9 oyunluq seriyasına yaxınlaşır.
- Baş məşqçi Fatih Kavlakın rəhbərliyi altında komanda 5-ci ev qələbəsi qazandı.
- “Qəbələ” son 7 ev oyununda uduzmur. Son dəfə  ötən il oktyabrın 29-da “Simurq”a 0: 2 hesabı ilə uduzan komanda sonrakı 6 çempionat və 1 kubok matçında yenilməz olub.
- Həm çempionat, həm də ümumilikdə vurduğu qolların sayını 5-ə çatdıran Kamanan klub tarixinin 20, komandanın Premyer Liqa tarxinin 13 ən yaxşı bombardiri siyahısına daxil olub.
- Həm çempionat, həm də ümumilikdə vurduğu qolların sayını 8-ə çatdıran Luiz Hilario klub tarixinin 11, komandanın Premyer Liqa tarixinin 5 ən yaxşı bombardiri siyahısına daxil olub. İndi o yalnız Deon Barton (14), Kənan Kərimov və Vitali Balamestnıdan (11),geri qalaraq Fərzad Hatəmi ilə eyni sayda çempionat qolu vurub. (klubun saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.