13 mart 2012 14:06
Neftçi Gəncəyə yollandı
"Neftçi" Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində sabah "Kəpəz" klubu ilə qarşılaşacaq. Azerisport.az xəbər verir ki, bu gün Gəncəyə yola düşmüş komanda oyun öncəsi son hazırlığını Gəncə şəhər stadionunda keçirəcək.
Qarşılaşma sabah saat 14:00-da başlayacaq. “Flaqman” "Kəpəz"lə cavab matçını martın 28-də doğma divarlar arasında keçirəcək.
