13 mart 2012 14:23

Mitreski: Onlardan qisasımızı alacağıq

“Neftçi”nin müdafiəçisi İqor Mitreski azerisport.az saytına müsahibəsində komandasının sonuncu oyunundan, eləcə də qarşıdan gələn kubok mübarizəsindən danışıb.
 
- Heç kim “Neftçi”dən Qəbələdə belə oyun gözləmirdi. Böyük hesablı məğlubiyyətinizə nə səbəb oldu?
- Altılıq oyunları yenicə başlayır. Hər oyunda qələbə qazanmaq da mümkünsüzdü. Hətta liderlər də nə vaxtsa xal itirirlər. Qəbələdəki oyunumuz həqiqətən alınmadı. Amma bu məğlubiyyətdə faciəvi heç nə yoxdu. Oyunumuz alınmadı və rəqib də ələ düşən imkanlardan maksimum yararlandı. İndi biz bu oyunu unudub, “İnter”lə görüş barədə düşünməliyik.
 
- Bu oyunda sizə uğur qazanmağa nə mane oldu ki?
- Birinci hissədə standart vəziyyətlərdən qollar buraxdıq. Nasimov qol vurandan sonra bir qədər ümidlənib daha böyük qüvvəylə irəli atıldıq. Amma məhz həmin vaxtda meydanın özümüzə aid hissəsində buraxdığımız səhv üçüncü qolu buraxmağımızla nəticələndi. Dördüncü qolun isə artıq heç bir mənası yox idi. Çox pis gün idi.
 
- Elə təəssürat yaranırdı ki, siz “Qəbələ”ni lazımınca dəyərləndirməmisiz...
- Biz həqiqətən belə oyun gözləmirdik. “Qəbələ” standart vəziyyətlərdən ən yaxşı yararlana bilən komandadı. İstənilən halda bu oyun artıq geriə qalıb. Bizə indi qarşıya baxmaq, növbəti oyunlara köklənmək lazımdı. “İnter”lə paytaxt derbisində mütləq qələbə qazanmalıyıq.
 
 - Amma öncə “Kəpəz”lə kubok oyununuz var...
- Biz bunu da unutmuruq. “Kəpəz” güclü komandadı. Onlar bunu elə “Qəbələ” üzərindəki qələbə ilə də sübut etdilər. Amma bizə Gəncədə qələbə qazanmaq lazımdı. Cavab oyununa rahat hazırlaşmaq üçün başqa yolumuz yoxdu.
 
- Sizin üçün ideal nəticə hansı olardı?
- Qol vurub, buraxmamaq. Amma bu, çətin olacaq. Hər halda uduzmayacağımıza əminəm. “Neftçi” Azərbaycan kubokunun yarımfinalına çıxmağa borcludu. “Qəbələ”yə gəlincə, onlardan da qisas almağa imkanımız olacaq.
 
- “İnter”in nəfəsini hiss etməyə başlamısız?
- “İnter”i bizdən cəmi 1 xal ayırır. Amma bu, bizim yeganə rəqibimiz deyil. “Xəzər Lənkəran”dan, “Qarabağ”dan da çəkinmək lazımdı. Arxayınlıq bizə baha başa gələ bilər. İndi bizə qalan bütün oyunlarda qələbə qazanmaq lazımdı.
 
- “Qəbələ”dən buraxdığınız dörd qol komandanın müdafiə xəttində problemlərin olmasından xəbər vermir ki?
- Əgər müdafiə səhv edirsə, hücumçular bunu sığortalamalı, qol vurmalıdılar. Məncə, komandanın çıxışına bir oyunla qiymət vermək düzgün deyil. Biz də nə vaxtsa uduzmalı idik. Bu da Qəbələdə baş verdi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.