13 mart 2012 14:50
AFFA Qəbələyə texniki məğlubiyyət verdi
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az iclasda qəbul olunan qərarları təqdim edir:
6 mart 2012-ci il “Azercell U-17 Liqa”nın “Neftçi” – “Simurq” matçının 79-cu dəqiqəsində “Simurq” klubunun 7 №-li futbolçusu Əli Müslümov aqressiv oyuna görə meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır (maddə 38.3).
6 mart 2012-ci il “Azercell U-17 Liqa”nın “Qarabağ” – “Turan” oyununda “Turan” klubunun heyətində Emin Pənahov cəzalı olduğu halda matçda iştirak etdiyi üçün “Turan” klubuna 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 51).
8 mart 2012-ci il U-16 Liqasının “Xəzər Lənkəran” – “Qəbələ” matçında “Qəbələ” klubu təyin olunmuş vaxtda oyunda iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
10 mart 2012-ci il U-14 Liqasının “Qəbələ” – UGİM (İsmayıllı) matçının 14-cü dəqiqəsində “Qəbələ” klubunun 8 №-li futbolçusu Baxşəli Baxşəliyev rəqibini təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır (maddə 42.1).
10 mart 2012-ci il U-14 Liqasının UGİM (Goranboy) – UGİM (Göygöl) matçının 6-cı dəqiqəsində UGİM (Göygöl) klubunun 5 №-li futbolçusu Qiyas İsgəndərli kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 37.1).
10 mart 2012-ci il U-14 Liqasının UGİM (Sumqayıt)- “Həkəri” matçının 49-cu dəqiqəsində UGİM (Sumqayıt) klubunun 7 №-li futbolçusu Xəqani Hacıyev sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
11 mart 2012-ci il U-14 Liqasının UGİM (Ağsu) – “MKT Araz” matçının 39-cu dəqiqəsində UGİM (Ağsu) klubunun 8 №-li futbolçusu Səbuhi Məhyəddinov aqressiv oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır (maddə 38.3).
10 mart 2012-ci il “Coca-Cola U-13 Liqası”nın “Bakı” – “UGİM 15” matçında “UGİM 15” klubu matçda iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğubiyyət verilir (maddə 56).
10 mart 2012-ci il “Coca-Cola U-13 Liqası”nın “Neftçi” İSM – “Neftçi AOC” matçında “Neftçi AOC” klubu matçda iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğubiyyət verilir (maddə 56).
“Coca-Cola U-13 Liqası”nda çıxış edən “Birlik” (Sumqayıt) klubu Liqadan kənarlaşdırıldığı üçün və klub yarışların 50%-dən çoxunda iştirak etdiyi üçün növbəti oyunlarda kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
10 mart 2012-ci il U-11 Liqasının “Təhsil” (Sumqayıt) – “Abşeron” matçında “Təhsil” (Sumqayıt) klubu matçda iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğubiyyət verilir (maddə 56).
10 mart 2012-ci il U-11 Liqasının “Sumqayıt” – “Sumqayıtspor” matçında “Sumqayıtspor” klubu matçda iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğubiyyət verilir (maddə 56).
10 mart 2012-ci il Futzal üzrə Azərbaycan birinciliyinin “Xəzri-Azpetrol” – “Şturm” matçında baş verən hadisələrə İntizam Komitəsi növbəti iclasında baxacaq.
