13 mart 2012 15:23
Aleksandr Starkovun köməkçiləri postunda qalacaq
“Bakı”nın sabiq baş məşqçisi Aleksandr Starkovun dövründə onun köməkçisi vəzifəsində çalışan mütəxəssislər hamısı postunda qalacaq. Azerisport.az xəbər verir ki, bu barədə paytaxt klubunun baş meneceri Zeynal Məmmədov məlumat verib.
“Biz Novruz Əzimova güvənmək qərarına gəldik. Starkovla çalışan mütəxəssislər postunda qalacaqlar. Onlar Əzimova kömək edəcəklər. Komanda hələ yeni baş məşqçi barədə düşünmür. İstisna deyil ki, komandanı mövsümün sonuna kimi elə Novruz Əzimov çalışdırsın”.
