13 mart 2012 15:52
Araz Panioniosda növbəti matçına çıxdı
Milli komandamızın üzvü Araz Abdullayev Yunanıstanda növbəti oyununu keçirib. Azerisport.az xəbər verir ki, futbolçu şərəfini qoruduğu “Panionios”un yoldaşlıq oyununda meydana çıxıb.
OFİ ilə Super Liqa oyununda heyətə düşməyən Araz hərbçilərdən təşkil olunan komanda ilə sınaq matçının iştirakçısı olub. Tərəflər arasında razılığa əsasən oyunda qolların hesabı aparılmayıb. Baş məşqçi Apostolos Mantzios Arazı start heyətində meydana buraxıb.
