13 mart 2012 16:04
Qurban Qurbanov: Cütün taleyinə ikinci oyunda aydınlıq gələcək
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Qəbələ” ilə ilk oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Rəqibimiz öz meydanında çox yaxşı oyun sərgiləyir. Onlar bunu “Xəzər Lənkəran” və “Neftçi” ilə oyunlarda da isbatladılar. Yəqin ki, son ölkə çempionu üzərindəki böyük hesablı qələbədən sonra komandadakı atmosfer daha da yaxşılaşıb. İndi onların özlərinə inamı da çoxalıb. Bu üzdən də bizə çox çətin olacaq. Amma biz də bu görüşə ciddi hazırlaşırıq. “Neftçi” ilə oyundan sonra baş verən qalmaqala gəlincə, mən inanmıram ki, bizim oyunda da eyni hal təkrarlana. Hesab edirəm ki, görüşün taleyi ikinci oyunda həll olunacaq”.