13 mart 2012 16:21
“Qarabağla Qəbələnin görüşü ən maraqlı oyunlardan biri olacaq”
“Qəbələ”nin baş məşqçisi Fatih Kavlak Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Qarabağ” ilə ilk oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Qarabağ” çempionatın ən güclü komandalarından biridi. Mənə elə gəlir ki, “Qarabağ”la “Qəbələ” arasındakı görüş ən maraqlı oyunlardan biri olacaq. Artıq “Neftçi” üzərindəki qələbəni unutmuşuq. “Qarabağ”la cavab oyunu ərəfəsində üstünlük qazanmaq istəyirik. Bu gün “Qarabağ”ın “Xəzər Lənkəran”la son oyununun video yazısına baxdım. Rəqibin bu qədər güclü olması məni təəccübləndirir”.
