13 mart 2012 17:08

Şaxtyor Qəbələyə futbol dərsi keçdi

Xəbər verdiyimiz kimi “Qəbələ”nin 1997-ci il təvəllüdlü futbolçularından ibarət komandası (U-15) təlim-məşq məqsədilə Ukraynanın Donetsk şəhərinə yollanıb. Azerisport.az xəbər verir ki, martın 9-dan 16-dək baş tutacaq səfər “Qəbələ” ilə Ukraynanın “Şaxtyor” klubu arasındakı əməkdaşlıq çərçivəsində atılan növbəti addımdı.
 
Artıq 3 günü arxada qalan toplamışın ilk gününü paraktiki və nəzəri məşqlərlə tamamlayan  “Qəbələ” növbəti gün “Şaxtyor” U-15 komandası ilə qarşılaşıb. İlk hissəsi 0:0 hesabilə yekunlaşan matçın ikinci yarısında təmsilçimiz qapısında 5 cavabsız top görüb. “Qəbələ” meydançaya aşağıdakı heyətlə çıxıb:
 
Yusif Şirinov, Orxan Mehrəlizadə, Bəhlul Mustafayev, Mirəli Məmmədzadə (Ayhan Əsədov), Məhəmməd Hüseynov (Həsənağa İsmayılov), Emin Zamanov (Tural Məmmədrzayev), Əli Səmədov (Fərid Əsədli), Roman Hüseynov, Coşqun Süleymanov (Sahil Mirzəyev), Yusif Nəbiyev (Ülvi İskəndərov), Vügar Əlibabayev.
 
Matçdan sonra komandamız  “Donbass Arena”nı gəzib. Avropanın ən gözəl stadionlarından sayılan “Donbass Arena” ilə yaxın tanışlıqdan sonra futbolçularımız “Şaxtyor”un muzeyində və fanshopunda olublar. 
 
Üçüncü gün isə “Şaxtyor”un məşqçiləri - vaxtilə “Simurq”da top qovmuş Mixail Starostyak və Oleq Pestryakov futbolçularımıza məşq keçiblər. Məşqin ardından “Şaxtyor” Futbol Akademiyasının direktoru Patrik fon Liuven və ukraynalı məşqçilərlə fikir mübadiləsi aparılıb.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.