13 mart 2012 17:42
İnter XL-la matça hazırdı (FOTOLAR)
“İnter” bu gün “Şəfa” stadionunda Azərbaycan Kuboku turniri çərçivəsində “Xəzər Lənkəran” komandasına qarşı keçirəcəyi oyununun hazırlığını başa vurub. Azerisport.az xəbər verir ki, Kaxaber Tsxadadzenin yetirmələri məşqə fiziki hərəkətlərlə başlayıblar, sonra isə topla hərəkətlərə keçiblər.
Qeyd edək ki, ¼ final qarşılaşması sabah saat 16:00-da “Şəfa” stadinunda baş tutacaq.
