15 mart 2012 02:12

Son 1/4 finalçılar Real və Chelsea oldu (YENİLƏNİB)

Futbol üzrə UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulub. Azerisport.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib.
 
"Bayern” səfər oyununda gözlənilmədən yenildiyi “Basel”i qəbul edib. Almaniya klubu nəyinki 0:1 hesablı məğluğiyyətin əvəzini çıxıb, hətta rəqibinə divan tutub. Müllerin 1, Robbenin 2, Qomesin 4 qol vurduğu oyunda Münhen klubu 7:0 hesablı qələbə qazanıb.
 
Günün digər oyununda isə İtaliya və Fransa klubları qarşılaşıb. Milan “İnter”i Marsel “Olympique”ini qəbul edib. “İnter” ev oyununda qələbə qazansa da, mərhələ adlaya bilməyib.
 
1/4 finalın son iki iştirakçısı isə bu gün müəyyənləşib. “Chelsea” - “Napoli” matçına maraq daha böyük idi. İlk oyunda məğlub olmuş İngiltərə nəhənginin yoluna davam edib-etməyəcəyi çoxlarını maraqlandırırdı. İngilislər böyük əzmkarlıq nümayiş etdirərək, hətta əlavə vaxta qədər daşıdığı oyunda ümumi qələbəni təmin edə bilib. “Real” isə ilk oyunda sülh bağladığı Moskva CSKA-sına şans tanımayıb.
 
Beləliklə, “Barcelona”, “Milan”, “Benfica” və APOEL-in ardınca “Bayern”, “Olympique” (Marsel), "Chelsea" və "Real" da mərhələ adlayaraq, qalib adı uğrunda mübarizəni davam etdirmək imkanı qazanıb.
 
Çempionlar Liqası
1/8 final mərhələsi (cavab oyunları)
13 mart
 
Bayern (Almaniya) – Basel (İsveçrə) - 7:0 (ilk oyun 0:1)
Qollar: Robben, 11; 81, Müller, 42, Qomes, 45; 50; 61; 67.
 
Inter (İtaliya) – Olympique (Marsel) - 2:1 (0:1)
Qollar: Milito, 75, Patsini, 90+6-pen - Brandao, 90+1.
 
14 mart
 
Chelsea (İngiltərə) – Napoli (İtaliya) - 4:1 (əlavə vaxtda) (1:3)
Qollar: Droqba, 29, Terri, 48, Lampard, 75-pen, İvanoviç, 105 - G.İnlər, 55.
 
Real (İspaniya) - CSKA (Moskva, Rusiya) - 4:1 (1:1)
Qollar: İquayn, 26, Ronaldo, 55; 90, Benzema, 70 - Toşiç, 77
 
Qeyd edək ki, bu mərhələnin digər oyunlarında aşağıdakı nəticələr qeydə alınmışdı:
 
Arsenal (İngiltərə) – Milan (İtaliya) - 3:0 (ilk oyun 0:4)
Benfica (Portuqaliya) - Zenit (Rusiya) - 2:0 (2:3)
APOEL (Kipr) - Olympique (Lion, Fransa) - 1:0 (0:1) (penaltilərlə 4:3)
Barcelona (İspaniya) - Bayer (Almaniya) - 7:1 (3:1)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.