13 mart 2012 12:19
“Aleksandr Starkov ona görə istefa verməli oldu”
“Bakı”nın yarımmüdafiəçisi Deyvidas Çesnauski azerisport.az saytına müsahibəsində komandasının uğursuz çıxışından, eləcə də Aleksandr Starkovun istefasından danışıb.
- Yəqin ki, artıq siz əsas gücü AZAL ilə qarşılaşacağınız kuboka yönəltmisiz...
- Fikrimcə, həm rəhbərlik, həm də futbolçular yaxşı başa düşürlər ki, bizim çempionatda qızıl medal qazanmaq şanslarımız elə də çox deyil. Çünki liderlərdən çox geri qalırıq. Ona görə hesab edirəm ki, əsas gücümüzü Azərbaycan kubokuna yönəltməliyik.
- Necə düşünürsüz, komandaya Azərbaycan futbolunu daha yaxşı bilən yerli mütəxəssis gətirilməlidi, yoxsa əcnəbi?
- Yaxşı səviyyəli çempionat üçün əcnəbi mütəxəssislər mütləq lazımdı. Amma yerli mütəxəssislər də lazımdı. Fikrimcə, komandada həm onlardan, həm də bunlardan olmalıdı. Onda komandanın oyunu da yaxşılaşar. Hər halda Azərbaycanda futbolçular kimi, yaxşı mütəxəssislər də mövcuddu.

- “İnter”ə məğlubiyyəti necə xatırlayırsız?
- Uduzmaq həmişə üzücüdü. Amma hesabın oyuna görə olmadı. Rəqib qapımız qarşısında ümumiyyətlə heç nə yaratmadı. Sadəcə, “İnter” bu dəfə yaxşı müdafiə olundu. Belə də qələbə hesabını qorumağı bacardı.

- 10 nəfərlə qalıb, tam müdafiə olunan rəqiblə mübarizə aparmaq çox çətindi?
- Bəli. Bu oyun həm də bizim bu komanda üzərindəki son qələbəmizi yada salır. Həmin oyunda da biz eyni aqibətlə üzləşmişdik. Qələbəni qorumaq üçün müdafiəyə çəkilməli olduq.

- Komandanızda nə çatışmır ki?
- Hücumları qolla tamamlaya bilmirik. Hesab edirəm ki, biz pis oynamırıq. Bütün uşaqlar meydanda sona kimi mübarizə apardılar. Yalnız həlledici zərbələr çatışmır.

- Aleksandr Starkovun gedişi nə qədər təsirini göstərdi?
- Əlbəttə, baş məşqçi istefası komandanın oyununa həmişə təsir göstərir. Onun gedişinə gəlincə, bu, onunla əlaqədar idi ki, nəticə yox idi. Ona görə də istefa verməli oldu. Starkov yaxşı məşqçidi. Onun haqda pis nəsə söyləmək mümkün deyil.
- “Bakı”ya sizi məhz Starkov gətirmişdi. Qorxmursuz ki, yeni baş məşçqi sizi heyətdən uzaqlaşdıra bilər?
- Burda hər şey mənim öz oyunumdan asılıdı. Əgər öz mövqeyimdə başqalarından daha yaxşı çıxış etsəm, yəqin ki, meydana çıxmaq şansım daha çox olacaq.