13 mart 2012 12:31
Yığmamızın sabiq forvardı Moldova klubunda
Futbol üzrə Azərbaycan yığmasının sabiq hücumçusu Daniel Axtyamov özünə yeni iş yeri tapıb. Azerisport.az xəbər verir ki, millimizin keçmiş üzvü Moldova klubuna keçib.
Belə ki, o, “Tiraspol”la anlaşıb. Tərəflər arasında artıq bununla bağlı razılaşma da əldə olunub.
Maraq üçün xatırladaq ki, Axtyamov iki il öncə həm də Azərbaycan çempionatında çıxış edirdi. Lakin o, “Simurq”dan ayrılandan sonra harda olmasından demək olar ki, xəbər yox idi.
