13 mart 2012 12:36
Qarabağ artıq Qəbələdədi
Sabah Azərbaycan kubokunun 1/4 final mərhələsində "Qəbələ"ylə qarşılaşacaq "Qarabağ" oyunun keçiriləcəyi rayona yollanıb. Azerisport.az xəbər verir ki, Premyer Liqanın final mərhələsinin ilk turunda "Xəzər Lənkəran"ı məğlub edən komanda Bakıya qayıtmayıb.
Dünən səhər Quzanlıda məşq edən "Qarabağ" axşam Qəbələyə yollanıb.
Xatırladaq ki, "Qəbələ" - "Qarabağ" oyunu martın 14-ü, saat 14:00-da başlanacaq.
