13 mart 2012 12:42
AFFA Premyer Liqa klublarını cərimələdi
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Premyer Liqanın 23-cü turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb.
“Bakı” – “İnter” matçının 63-cü dəqiqəsində “İnter”in futbolçusu Asif Məmmədov kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub.
“Simurq” – “Kəpəz” matçının 61-ci dəqiqəsində “Kəpəz”in futbolçusu Ceyhun Sultanovla “Simurq”un futbolçusu Vasili Yanotovski bir-birinə qarşı kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün hər ikisi 2 oyunluq cəzalanıb, klubları 2000 manat cərimə olunub.
“Qarabağ” – “Xəzər Lənkəran” matçının 88-ci dəqiqəsində “Qarabağ”ın məşqçisi Elçin Rəhmanov texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 1000 manat cərimə olunub.
“Qəbələ – “Neftçi” matçının 45+2-ci dəqiqəsində “Qəbələ” azarkeşləri tərəfindən meydana kənar əşya atıldığı üçün klub 2000 manat cərimə olunub.
