13 mart 2012 00:38
Cüneyt Biçər: Azərbaycanda belə oyunçu o qədər də çox deyil
“Xəzər Lənkəran”ın baş məşqçisi Cüneyt Biçər Premyer Liqanın 23-cü turunun “Qarabağ”la oyunundan sonra azerisport.az saytının suallarını cavablandırıb, ölkə kubokunun “İnter”lə oyunu öncəsi şanslarını dəyərləndirib.
- Qarşıda sizi “İnter”lə Azərbaycan kubokunun 1/4 final mərhələsinin oyunu gözləyir. Bu görüşdən nə gözləyirsiz?
- “İnter”ə qarşı biz tam fərqli futbol oynamaq, nəticə qazanmaq istəyirik. “Qarabağ”a qarşı Quzanlıda keçirdiyimiz oyunda üzləşdiyimiz aqibəti yenidən yaşamaq istəmirik. Kaxaber Tsxadadzenin komandası hazırda yüksəlişdədi, yaxşı oyun sərgiləyir. Onlara qarşı fərqli taktika ilə oynamaq lazım gələcək. İlk oyunda uğurlu nəticə əldə etmək istəyirik ki, cavab oyunu öncəsi müəyyən üstünlüyümüz olsun.

- Yəni qol vurub, buraxmamaq prinsipinə əməl etməməyə çalışacaqsız?
- Mənim üçün əsas odu ki, mümkün qədər irəli gedə bilək. Biz finala çıxmaq istəyirik. Bunun üçün də rəqibimizdən daha çox qol vurmağa borcluyuq. “İnter” kimi komandaya qarşı 180 dəqiqə ərzində diqqətli oyun sərgiləmək lazımdı.

- “Qarabağ”la son oyundakı məğlubiyyətə nə səbəb oldu?
- Quzanlıda oynamaq çox çətindi. Etiraf edirəm: bu oyuna biz xüsusi köklənmişdik. Amma görünür o meydançada qələbə qazanmaq elə də asan olmur. Meydan sahibləri cəmi bircə qol epizodu yaradıb, fərqləndilər. Biz isə qol epizodlarından yararlana bilmədik.

- Amma XL o qədər çox hücum da etmirdi...
- Biz başa düşürdük ki, “Qarabağ”ı topsuz saxlamaq lazımdı. Amma bunu etmək çox çətindi. Bunu da edəndə hücum haqda düşünə bilmirsən. Oyunun böyük hissəsini meydanın mərkəzində keçirdiyimizdən, rəqibin qapısı qarşısında pressinq tətbiq edə bilmirdik. Mən son oyunlarımızda ilk dəfə idi ki, belə vəziyyətlə rastlaşırdım. Lakin buna görə uşaqları günahlandıra bilmərəm. O oyun artıq arxada qalıb və bizə “İnter”lə oyunu düşünmək lazımdı.
- Kamran Ağayevin yoxluğu komandaya problem yaratmır ki?
- O, ölkənin ən yaxşı qapıçılarından biridi. Amma mənim komandam qapıçıdan asılı ola bilməz. Deməzdim ki, Kamal Bayramovdan narazıyam. Hər kəsin səhvi olur. Kamranın durumuna gəlincə, onun tezliklə meydana dönəcəyinə ümid edirik. Həkimlər bir həftəyə onun da sıraya dönəcəyini deyir.

- Komandanızın əvəzedici heyətinə baxmağa imkanınız olur?
- Mən elə indicə əvəzedici komandanın məşqindən qayıdıram. Başa düşürəm ki, komandada problemlər var. Amma biz çox gənc heyətlə oynayırıq. “Turan”la oyunda heç 17 yaşı tamam olmamış futbolçulardan istifadə etməli olduq. Belə bir heyətin qarşısına yüksək hədəflər qoymaq çətindi. İndi bizim üçün nəticə o qədər də önəmli deyil. Onlar üçün əsas olan təcrübə toplamaqdı.

- İcraiyyə Komitəsinin legioner limitinə dair yeni qərarına sizin münasibətiniz necədi?
- Bu, yaxşı qərardı. Bizim əsas komandada əvəzedici heyətdən bir neçə futbolçu var. Amma onlara öz üzərlərində daha çox çalışmaq lazımdı. Bu məsələni biz yayda həll edəcəyik. Azərbaycanda 21 yaşadək yaxşı futbolçular elə də çox deyillər. Ona görə də bu məsələylə bağlı çox diqqətlə işləmək lazımdı.