13 mart 2012 12:53
Hakimi təhqir etdi, dörd oyunluq cəzalandı
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Azərbaycan birinci divizionunun 20-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb.
“Energetik” – “Şəmkir” matçının 75-ci dəqiqəsində “Energetik”in futbolçusu Aqşin Salahov kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 20 manat cərimə olunub.
“Şuşa” – “Şahdağ” matçının 12-ci dəqiqəsində “Şahdağ”ın futbolçusu Zabit Səfərov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 20 manat cərimə olunub.
“MKT Araz” – “Tərəqqi” matçında “MKT Araz”ın futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunu.
“Bakılı” – MOİK matçının 70-ci dəqiqəsində “Bakılı”nın futbolçusu Anar Səlimov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyunluq cəzalanıb, klubu 400 manat cərimə olunub. Oyunun 90+2-ci dəqiqəsində MOİK-in futbolçusu Zeynalabdin Hüseynov kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 20 manat cərimə olunub.
