14 mart 2012 13:33
Birinci divizion: 21-ci tur 3 gunə yekunlaşacaq
Futbol üzrə Azərbaycan birinci divizionunda 21-ci turun oyun cədvəli açıqlanıb. Azerisport.az sizi növbəti turun proqramı ilə tanış edir.
Belə ki, 21-ci tur şənbə günü start götürüb, bazar ertəsi günü yekunlaşacaq. İlk oyun günündə dörd görüş baş tutacaq. Qalan görüşlərin ikisi bazar günü oynanılacaq. Turun qapanış matçı da bazar ertəsinə təsadüf edəcək.
Oyunların keçirilmə yerləri və başlama saatları isə aşağıdakı kimidi:
Birinci divizion
21-ci tur
17 mart (şənbə)
"Şuşa" - "Karvan"
"Şəfa" stadionu, 4-cü meydança. Saat 15:00
"Muğan" - "Bakılı"
Salyan şəhər Olimpiya İdman Kompleksinin stadionu. Saat 14:00
"Şahdağ" - MKT "Araz"
Şövkət Orduxanov adına Qusar şəhər stadionu. Saat 14:00
"Göyəzən" - "Qaradağ Lökbatan"
Qazax şəhər stadionu. Saat 14:00
18 mart (bazar)
MOİK - "Şəmkir"
"Şəfa" stadionu, 4-cü meydança. Saat 14:00
"Lokomotiv" - "Neftçala"
"Bakı" FK-nın təlim-məşq bazasının stadionu. Saat 15:00
19 mart (bazar ertəsi)
"Tərəqqi" - "Energetik"
Gəncə şəhər stadionu. Saat 14:00
