14 mart 2012 14:31
Yığma komandamızın toplanışı olacaq
17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı keçiriləcək. Azerisport.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, toplanış martın 23-dən aprelin 1-ə qədər davam edəcək. Hazırlıq prosesi Bakı şəhərində keçiriləcək.
Toplanışa dəvət olunmuş futbolçuların siyahısı barədə əlavə məlumat veriləcək.
